Pensiya və digər ödənişlərlə bağlı AÇIQLAMA
21 May 2026, 12:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
596
14.11.2025, 00:36
"Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrilib. Bu, təqdirəlayiqdir. Amma bu düşünülmüş şəkildə həyata keçirilməlidir. Burada müəyyən problemlər var".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin bir avtobusu yoxdur:
"10 rayonu təmsil edir. Bu adamlar əsgərlərlə görüşə gedirlər, musiqi alətlərini hara qoysunlar? Oxuyanlar, çalğıçılar nə ilə gedib-gəlsinlər? Bunun üçün diqqət, qayğı lazımdır. Xadimə, gözətçi və s. ştatı ləğv etmək asandır. Ancaq onlara çörək vermək lazımdır. Minlərlə belə ştatlar ləğv edilib. Hardasa bir dövlət məmuru özünə iş yeri açır, ora milyonlarla vəsait qoyur. Bu, büdcəyə qənaət deyil, ziyan vurmaqdır. Belə məsələlər gündəmə gətirilib lazımi tədbirlər görülməlidir. Biz büdcəyə nəzarətdən danışırıq. Bir də görürsən bir nazir, nazir müavini, icra başçısı saxlanıldı, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyuldu. Bunlar haradandı, haradan oğurlayıb? Bu rüşvət deyil. Bir çox hallarda maliyyə sənədlərinin saxtalaşdırılmasıdır. Layihələr, tenderlər var ki, onların başdangetdi həllidir. Büdcəyə qəsd, dövlətə, xalqa qəsdir. Hər birimiz bu sahədə mübarizəmizi aparmalıyıq"
12:47 / 21 May 2026
1
12:39 / 21 May 2026
17
12:37 / 21 May 2026
20
12:35 / 21 May 2026
60
12:29 / 21 May 2026
63
12:12 / 21 May 2026
166
11:51 / 21 May 2026
45
11:33 / 21 May 2026
49
11:29 / 21 May 2026
257
11:15 / 21 May 2026
356
11:11 / 21 May 2026
51
11:00 / 21 May 2026
56
10:56 / 21 May 2026
72
10:48 / 21 May 2026
388
10:39 / 21 May 2026
191
10:38 / 21 May 2026
62
10:34 / 21 May 2026
67
10:23 / 21 May 2026
61
10:19 / 21 May 2026
64
10:16 / 21 May 2026
64
10:13 / 21 May 2026
116
10:06 / 21 May 2026
66
10:05 / 21 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.